Şəki sakinləri tüfəng satarkən tutulublar

Şəki sakinləri tüfəng satarkən tutulublar Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
2495
1 İyun , 2016 11:43
Şəki sakinləri tüfəng satarkən tutulublar

Bakı. 1 iyun. REPORT.AZ/ Şəki sakinləri tüfəng satmaq istəyərkən tutulublar.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Şəki Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Göynük kənd sakinləri Eldar Aslanov və əvvəllər məhkum olunmuş Teymur Nöybərov nömrəsi silinmiş “TOZ-8” markalı tüfəngi satarkən tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi