Şəki sakininin evindən müxtəlif döyüş sursatı aşkarlanıb

Şəki sakininin evindən müxtəlif döyüş sursatı aşkarlanıb Araşdırmalar davam etdirilir
Hadisə
22 Dekabr , 2014 17:20
Şəki sakininin evindən müxtəlif döyüş sursatı aşkarlanıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Şəki şəhər sakininin evindən müxtəlif döyüş sursatı aşkarlanıb.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, əldə edilən əməliyyat məlumatı əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşları Şəki şəhər sakini, əvvəllər məhkum olunan Mənsur Cumayevin evinə baxış keçiriblər. Nəticədə oradan 2 ədəd “RQD-5” qumbarası, 400 qram trotil şaşka və 30 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi