Şəki sakinindən tüfəng götürüldü

Şəki sakinindən tüfəng götürüldü Şəki sakinində qanunsuz olaraq ov tüfəngi aşkarlanıb.
Hadisə
547
28 Avqust , 2020 10:25
Şəki sakinindən tüfəng götürüldü

Şəki sakinindən qanunsuz olaraq ov tüfəngi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Fərhad Şahməmmədova məxsus fərdi yaşayış evinin həyətindən ədəd müvafiq sənədləri olmayan “Toz-8” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Orphus sistemi