Şəki sakinindən narkotik vasitə götürülüb

Şəki sakinindən narkotik vasitə götürülüb Şəki. 29 mart. REPORT.AZ/ Şəki rayon sakinindən narkotik vasitə götürülüb.
Hadisə
29 Mart , 2018 10:32
Şəki sakinindən narkotik vasitə götürülüb

Şəki. 29 mart. REPORT.AZ/ Şəki rayon sakinindən narkotik vasitə götürülüb.

DİN-nin mətbuat xidmətinin Şəki regional qrupundan "Report"un Şimal-qərb bürosuna verilən məlumata görə, martın 27-də Şəki Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib. Belə ki, əvvəllər dəfələrlə məhkum olunmuş Şəki şəhər sakini Rizvan Sadıqov şəhər ərazisində saxlanılıb və şübhəli şəxs kimi Polis Şöbəsinə gətirilib. Üzərinə şəxsi axtarış keçirilən zaman bir ədəd sellofan torbanın içərisində çəkisi 497 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi