Şəki sakinindən narkotik maddə götürülüb

Şəki sakinindən narkotik maddə götürülüb Şəki. 25 fevral. REPORT.AZ/ Şəki rayon sakininin üzərindən narkotik maddə götürülüb.
Hadisə
25 Fevral , 2019 10:02
Şəki sakinindən narkotik maddə götürülüb

Şəki. 25 fevral. REPORT.AZ/ Şəki rayon sakininin üzərindən narkotik maddə götürülüb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, fevralın 22-də Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Sərxan Abdurəhimov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman 475 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi