​Şəki sakininin evindən ov tüfəngi və yayılması qadağan olunan dini vəsaitlər aşkar edilib

​Şəki sakininin evindən ov tüfəngi və yayılması qadağan olunan dini vəsaitlər aşkar edilib Əzizbala Nəzirov tutulub
Hadisə
11 Dekabr , 2015 13:39
​Şəki sakininin evindən ov tüfəngi və yayılması qadağan olunan dini vəsaitlər aşkar edilib

Bakı. 11 dekabr. REPORT.AZ/ Şəki sakininin evindən sənədləri olmayan ov tüfəngi, yayılması və təbliği qadağan olunan dini vəsaitlər aşkar edilib.  

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Kiçik Dəhnə kənd sakini Əzizbala Nəzirovun yaşadığı evə baxış zamanı müvafiq sənədləri olmayan, nömrəsi silinmiş, lüləsi kəsilmiş ov tüfəngi, 4 ədəd patron, 36 ədəd yayılması və təbliği qadağan olunan dini ədəbiyyat və 26 ədəd CD disklər aşkar edilərək götürülüb. Ə.Nəzirov tutulub. 

Faktla əlaqədar cinayət işi başlanılıb.   

Son xəbərlər

Orphus sistemi