Şəki sakini yaşadığı evin vanna otağında yanıq xəsarətləri alıb

Şəki sakini yaşadığı evin vanna otağında yanıq xəsarətləri alıb Şəki. 9 sentyabr. REPORT.AZ/ Şəki şəhər sakini yaşadığı evin vanna otağında yanıq xəsarətləri alıb.
Hadisə
9 sentyabr 2018 18:54
Şəki sakini yaşadığı evin vanna otağında yanıq xəsarətləri alıb

Şəki. 9 sentyabr. REPORT.AZ/ Şəki şəhər sakini yaşadığı evin vanna otağında yanıq xəsarətləri alıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında Şəki şəhəri, N.Nərmanov küçəsi, ev-10 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Hüseynov Tural Tahir oğlu yanıq xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Şəki MRX-dən “Report”a bildirlib ki, müayinə zamanı Tural Hüseynovun yaşadığı evin vanna otağında suqızdırıcını işə salan zaman yanıq xəsarətləri alması məlum olub.

Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Tural Hüseynova üz, boyun, sinə və sağ bazu nahiyələrinin I-II dərəcəli termiki yanıq xəsarətləri dioqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi