Yuxarı

Şəki sakini qonşusu tərəfindən bıçaqlanıb

​Şəki sakini qonşusu tərəfindən bıçaqlanıb

Şəkidə bıçaqlanma hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Aşağı Daşağıl kəndində baş verib.

Kənd sakini 1988-ci il təvəllüdlü Vüqar Nemət oğlu Abdurəhmanov mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.

Bir neçə bıçaq xəsarəti alan yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan "Report"a bildirilib ki, ona sol bel və döş nahiyəsinin aşağı hissəsinin daxilə nüfuz etməyən kəsilmiş yarası diaqnozu qoyulub, vəziyyəti orta-stabildir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi