Yuxarı

Şəki sakini anasını döyərək ağır xəsarət yetirib

Şəki sakini anasını döyərək ağır xəsarət yetirib

56

Fakt araşdırılır.

Şəki. 25 yanvar. REPORT.AZ / Şəkidə 39 yaşlı oğul 68 yaşlı anasını döyüb. 

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Şəki şəhəri, 23-cü rayon Y. Süleymanov küçəsi ev 21 ünvanında baş verib. 

Belə ki, həmin ünvanda yaşayan, 1980-cı il təvəllüdlü Fariz Lütvəli oğlu Hacıəsədov içkili vəziyyətdə anası 1951-ci il təvəllüdlü Qəndab Ənvər qızı Hacıəsadova ilə mübahisə edib. Mübahisə zamanı F.Hacıəsədov 68 yaşlı anasını döyüb. Hadisə yerinə çağrılmış Təcili Yardım Stansiyasının əməkdaşları Q. Hacıəsədovaya yumşaq toxumaların əziyi və sağ göz altının siyanazu dioqnozu qoyub.

Q.Hacıəsadovanın digər oğlunun “Report”a verdiyi məlumata görə, subay və anası ilə birgə yaşayan qardaşı Fariz içki audəçisir. Onun anasını döyməsi faktı bir-neçə dəfə təkrar olunub. Ailə hadisə ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinə (ŞRPŞ) məlumat verib. 

Fakt Şəki ŞRPŞ-i tərəfindən araşdırılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi