Səhiyyə Nazirliyinin keçmiş vəzifəli şəxsi yenidən Ali Məhkəməyə müraciət edib

Səhiyyə Nazirliyinin keçmiş vəzifəli şəxsi yenidən Ali Məhkəməyə müraciət edib Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Saatlı rayon şöbəsinin keçmiş rəisi Tahir Mehdiyev barəsində olan məhkəmə qərarından yenidən kassasiya şikayəti verib.
Hadisə
3 aprel 2019 06:56
Səhiyyə Nazirliyinin keçmiş vəzifəli şəxsi yenidən Ali Məhkəməyə müraciət edib
Report

Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi"nin Saatlı rayon şöbəsinin keçmiş rəisi Tahir Mehdiyev barəsində olan məhkəmə qərarından yenidən kassasiya şikayəti verib.

“Report”un xəbərinə görə, o, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Şikayət Ali Məhkəmənin hakimi Fərhad Kərimovun icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq hərəkətləri nəticəsində birliyin Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi"nin Saatlı rayon şöbəsinin müdiri - eksperti T.Mehdiyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar rayon sakininin avtonəqliyyat qəzası zamanı ağır dərəcəli bədən xəsarəti almış övladı barəsində tibbi arayışın və hadisə zamanı aldığı xəsarətlə əlaqədar obyektiv rəyin verilməsi müqabilində özü üçün əvvəl 300 manat tələb etdiyi, sonradan isə şikayətçi ilə razılaşdığı 200 manat məbləğində pulu 12 fevral 2015-ci il tarixdə xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Onun barəsində Cinayət Məcəlləsinin (CM) 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Lənkərаn Аğır Cinаyətlər Məhkəməsinin hökmü ilə T.Mehdiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişib. Qərara əsasən, T.Mehdiyevə CM-nin 311.1-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsinə əsasən 1 il 21 gün cəza təyin edilib. Onun 12 fevral 2015-ci il tarixdən 04 mart 2016-cı il tarixə kimi həbsdə olduğu müddət nəzərə alınmaqla təyin edilmiş cəza çəkilmiş hesab edilib. Daha sonra T.Mehdiyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Prosesdə təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.

Son xəbərlər

Orphus sistemi