Səhiyyə Nazirliyinin işçisi rüşvət alarkən həbs olunub

Səhiyyə Nazirliyinin işçisi rüşvət alarkən həbs olunub Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir
Hadisə
13 Fevral , 2015 16:52
Səhiyyə Nazirliyinin işçisi rüşvət alarkən həbs olunub

Bakı. 13 fevral. REPORT.AZ/ Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Saatlı rayon şöbəsinin ekspertinin qanunsuz hərəkətləri barədə rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.

Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 

Həmin müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq hərəkətləri nəticəsində birliyin Saatlı rayon şöbəsinin müdiri - eksperti Tahir Mehdiyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar rayon sakininin avtonəqliyyat qəzası zamanı ağır dərəcəli bədən xəsarəti almış övladı barəsində tibbi arayışın və hadisə zamanı aldığı xəsarətlə əlaqədar obyektiv rəyin verilməsi müqabilində özü üçün əvvəl 300 manat tələb etdiyi, sonradan isə şikayətçi ilə razılaşdığı 200 manat məbləğində pulu 12 fevral 2015-ci il tarixdə xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı cinayət işi başlanıb və T.Mehdiyevə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsində nəzərdə tutulan ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi