Səhiyyə Nazirliyi: Dispanserdəki video ilə bağlı polisə müraciət edilib

Səhiyyə Nazirliyi: Dispanserdəki video ilə bağlı polisə müraciət edilib Səhiyyə Nazirliyi sosial şəbəkələrdə 1 saylı Ruhi-Əsəb Dispanserində baş vermiş hadisə ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.
Hadisə
11 yanvar 2020 10:46
Səhiyyə Nazirliyi: Dispanserdəki video ilə bağlı polisə müraciət edilib

Səhiyyə Nazirliyi sosial şəbəkələrdə 1 saylı Ruhi-Əsəb Dispanserində baş vermiş hadisə ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, sosial şəbəkələrdə yayılan videogörüntü 2019-cu ildə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində naməlum şəxs tərəfindən çəkilib.

“Videogörüntünü xəstəxanaya yoxlanışa, yaxud xəstə ziyarətinə gələn şəxslərdən biri qeydə alıb. Xəstəxana rəhbərliyi artıq hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda istintaq videogörüntünü çəkən və yayan adamın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparır”, - Nazirlikdən qeyd edilib.

Son xəbərlər

Orphus sistemi