Şəhid jurnalist Məhərrəm İbrahimov valideynlərinin məzarı yanında dəfn olunacaq 

Şəhid jurnalist Məhərrəm İbrahimov valideynlərinin məzarı yanında dəfn olunacaq  Kəlbəcərdə minaya düşərək dünyasını dəyişən AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun dəfn olunacağı yer müəyyənləşib.
Hadisə
537
5 İyun , 2021 01:42
Şəhid jurnalist Məhərrəm İbrahimov valideynlərinin məzarı yanında dəfn olunacaq 
Əsgər İbrahimov

Kəlbəcərdə minaya düşərək dünyasını dəyişən AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun dəfn olunacağı yer müəyyənləşib.

"Report"un əməkdaşı xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında M.İbrahimovun qardaşı Əsgər İbrahimov bildirib.

Onun sözlərinə görə, M.İbrahimov bu gün Abşeron rayonu, Müşviqabad qəsəbəsindəki qəbiristanlıqda valideynlərinin məzarı yanında dəfn olunacaq.

Qeyd edək ki, dünən səhər saatlarında Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi