Səhər saatlarında Bakıda 20 yaşlı gənc bıçaqlanıb
Hadisə
4 Dekabr , 2014
09:13
https://static.report.az/photo/97b8c0b4-a141-4345-9c57-1b1dea44a273.jpg
Bakı. 4 dekabr. REPORT.AZ/ Səhər saatlarında Bakıda bıçaqlanma hadisəsi baş verib. "Report"un məlumatına görə, 1994-cü il təvəllüdlü İsayev Əli Həsən oğlu Nizami rayonu Babək prospektində yerləşən dəmir yol xəttinin yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb. 20 yaşlı gənc ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Yaralının həyatı həkimlər tərəfindən xilas edilib. Hadisə ilə bağlı Dəmir Yol Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına məlumat verilib. Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi araşdırılır.
İngilis versiyası
20-year-old youth stabbed in Baku