​Şəhər prokurorluğu şirkət əməkdaşının yanaraq ölməsi hadisəsi ilə bağlı məlumat yayıb

​Şəhər prokurorluğu şirkət əməkdaşının yanaraq ölməsi hadisəsi ilə bağlı məlumat yayıb Faktla bağlı cinayət işi başlanıb
Hadisə
5 Yanvar , 2016 17:42
​Şəhər prokurorluğu şirkət əməkdaşının yanaraq ölməsi hadisəsi ilə bağlı məlumat yayıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Bakı Şəhər Prokurorluğu daş karxanasında baş verən faciəli hadisə ilə bağlı rəsmi məlumat yayıb. “Report”un xəbərinə görə, məlumatda bildirilib ki, yanvarın 1-də saat 01 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən “Gülbaxt” daş karxanası kompleksində fəaliyyət göstərən “Kristal” MMC-yə məxsus konteyner tipli istirahət otağında yanğın baş verib və həmin otaqda 1968-ci il təvəllüdlü, Ağcabədi rayon sakini, “Kristal” MMC-də usta işləmiş Abbas Aslanovun yanmış meyiti aşkar edilib.

Bakı şəhər və rayon prokurorluqlarının, rayon polis idarəsinin, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən maddi sübutlar götürülüb və digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi