​Səfər Əbiyevin müavininin məhkəməsi keçirilib

​Səfər Əbiyevin müavininin məhkəməsi keçirilib Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin edilib
Hadisə
18 Dekabr , 2015 14:05
​Səfər Əbiyevin müavininin məhkəməsi keçirilib

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən Azərbaycan müdafiə nazirinin keçmiş müavini polkovnik Mehman Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, proses hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilib. Elan edilib ki, şahid qismində çağırılan iki nəfər prosesdə iştirak etmir.

Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin edilib.

Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Son xəbərlər

Orphus sistemi