Səfər Əbiyevin keçmiş müavininin məhkəməsi keçirilib

Səfər Əbiyevin keçmiş müavininin məhkəməsi keçirilib Polkovnik-leytenant ifadə verib
Hadisə
28 Sentyabr , 2015 12:50
Səfər Əbiyevin keçmiş müavininin məhkəməsi keçirilib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan müdafiə nazirinin keçmiş müavini, polkovnik Mehman Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Report”un məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə şahidlər - Müdafiə Nazirliyinin keçmiş işçisi, polkovnik-leytenant Zakir Niftəliyev, həmçinin Elnur Qurbanov və Anar Həsənov ifadə verib.

Məhkəmənin növbəti iclası oktyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olub.  

Son xəbərlər

Orphus sistemi