Yuxarı

Səfər Əbiyevin keçmiş müavininin məhkəməsi təxirə salınıb

Şahidlər prosesə gəlməyiblər

Bakı. 29 yanvar. REPORT.AZ/ Mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Azərbaycan müdafiə nazirinin keçmiş müavini polkovnik Mehman Səlimovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb. 

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilməli olan prosesə şahidlər gəlməyiblər. 

Məhkəmənin növbəti iclası fevralın 5-nə təyin edilib.

Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi