Şəfəq Ağacan azadlığa buraxılıb

Şəfəq Ağacan azadlığa buraxılıb O, cəzasının yarısını çəkib
Hadisə
18 Mart , 2021 20:14
Şəfəq Ağacan azadlığa buraxılıb
Şəfəq Ağacan
0 : 00
0 : 00

“Bakupress” İnformasiya Agentliyinin həbsdə olan rəhbəri Şəfəq Ağacan (Ağabalayeva) azadlığa buraxılıb.

Bu barədə “Report”a vəkil Bəhruz Bayramov məlumat verib.

Onun sözlərinə görə, Ş.Ağacan cəzasının yarısını çəkib. Cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilə bağlı məhkəməyə etdiyi müraciət təmin olunub və o, ötən gün saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadığa buraxılıb.

Qeyd edək ki, Ş.Ağacan Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Rəsmi məlumata əsasən, Ş.Ağacan Bakının Nərimanov rayonu ərazisində narkotik maddə olan marixuana satarkən yaxalanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Ş.Ağacanın üzərinə baxış keçirərkən ondan satmaq məqsədilə bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüblər.

Ona Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi