Bakıda 47 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə “Sədərək” Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü Mehdiyev Sərdar Mamed oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, döş qəfəsinin əziyi diaqnozları qoyulub.