“Sədərək” ticarət mərkəzindəki mağazalardan partlayıcı oyuncaqlar götürülüb

“Sədərək” ticarət mərkəzindəki mağazalardan partlayıcı oyuncaqlar götürülüb Bakı. 19 dekabr. REPORT.AZ/ Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Hadisə
19 Dekabr , 2018 11:27
“Sədərək” ticarət mərkəzindəki mağazalardan partlayıcı oyuncaqlar götürülüb

Bakı. 19 dekabr. REPORT.AZ/ Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının dekabrın 18-də keçirdikləri növbəti reydlər zamanı “Sədərək” ticarət mərkəzindəki mağazalardan 12000 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi