“Sədərək" Ticarət Mərkəzində baş verən yanğının qarşısı alınıb - YENİLƏNİB

“Sədərək" Ticarət Mərkəzində baş verən yanğının qarşısı alınıb - YENİLƏNİB İki mağazanın dam örtüyü ümumilikdə 150 m2 sahədə yanıb
Hadisə
10 İyun , 2017 19:09
“Sədərək Ticarət Mərkəzində baş verən yanğının qarşısı alınıb - YENİLƏNİB

Bakı. 10 iyun. REPORT.AZ/ Bakının Qaradağ rayonunda “Sədərək Ticarət Mərkəzində” baş vermiş yanğın nəticəsində 2 mağazanın dam örtüyü ümumilikdə 150 m2 sahədə yanıb. 

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Xəbərdə bildirilir ki, hazırda yanğının yayılmasının qarşısı alınıb, tam söndürülməsi istiqamətində müvafiq işlər həyata keçirilir.


***19:00

Bakının Qaradağ rayonunda “Sədərək Ticarət Mərkəzində” yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatda bildirilir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “Sədərək Ticarət Mərkəzində” yanğın hadisəsi baş verməsi haqqında məlumat daxil olub. Dərhal nazirliyin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi