Sədərək ticarət mərkəzində iki oğurluq olub

Sədərək ticarət mərkəzində iki oğurluq olub Hər iki faktla bağlı araşdırma aparılır
Hadisə
18 Oktyabr , 2016 12:51
Sədərək ticarət mərkəzində iki oğurluq olub

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Sədərək ticarət mərkəzində iki oğurluq faktı qeydə alınıb.

"Report"un məlumatına görə, ticarət mərkəzində Mustafa Mahmudova məxsus geyim əşyalarının satışını həyata keçirən dükandan oğurluq edilib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Şahmar Əliyev saxlanılıb.

Həmin ticarət mərkəzində ikinci oğurluq əməli Rusiya vətəndaşı Qumaş Ramazanovaya qarşı törədilib. Belə ki, Q.Ramazanovaya məxsus mobil telefon oğurlanıb. Hadisəni törədən Bakı şəhər sakini Alim Mayılov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi