Sədərək rayonunda avtomobil motosikletlə toqquşub, bir nəfər ölüb

Sədərək rayonunda avtomobil motosikletlə toqquşub, bir nəfər ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Avqust , 2016 12:13
Sədərək rayonunda avtomobil motosikletlə toqquşub, bir nəfər ölüb

Bakı. 16 avqust. REPORT.AZ/ Sədərək rayonunda avtomobil motosikletlə toqquşub. 

“Report” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 15-də saat 11 radələrində Sədərək rayonu ərazisində rayon sakinləri Rəhim Elyasovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Sabir Əliyevin idarə etdiyi “Muravey” markalı motosiklet toqquşub.

Xəstəxanaya yerləşdirilən S.Əliyev orada ölüb.

Faktla bağlı Sədərək Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi