“Sədərək”dən 13962 ədəd partlayıcı oyuncaqlar və pirotexniki vasitələr götürülüb

“Sədərək”dən 13962 ədəd partlayıcı oyuncaqlar və pirotexniki vasitələr götürülüb Bakı. 17 dekabr. REPORT.AZ/ Polis əməkdaşları insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Hadisə
17 Dekabr , 2018 11:12
“Sədərək”dən 13962 ədəd partlayıcı oyuncaqlar və pirotexniki vasitələr götürülüb

Bakı. 17 dekabr. REPORT.AZ/ Polis əməkdaşları insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report"a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının dekabrın 15-16-da keçirdikləri reydlər zamanı “Sədərək” ticarət mərkəzindəki mağazalardan 13962 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi