Bakı. 26 dekabr. REPORT.AZ/ “Sədərək” ticarət mərkəzində yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaq və pirotekniki məmulatlar aşkarlanıb.
Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonunun ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində Astara rayon sakini İslam Hüseynovdan 3000 ədəd yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaq və pirotekniki məmulat götürülmüşdür.