Bakıda müştəri mağaza sahibinin yanında pul oğurladı

Bakıda müştəri mağaza sahibinin yanında pul oğurladı “Sədərək” Ticarət Mərkəzində qəribə oğurluq hadisəsi baş verib.
Hadisə
1278
19 Yanvar , 2021 11:49
Bakıda müştəri mağaza sahibinin yanında pul oğurladı

“Sədərək” Ticarət Mərkəzində qəribə oğurluq hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə bu il yanvarın 14-də “Sədərək” Ticarət Mərkəzində yerləşən mağazaların birində qeydə alınıb.

Belə ki, mağazaya müştəri qismində daxil olan şəxs satıcının başının qarışmasından istifadə edərək, stolun siyirtməsindən pulları götürüb ərazidən uzaqlaşıb.

Oğurluq anbaan müşahidə kamerasına düşüb.

Daha sonra hadisə barədə mağaza sahibi hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi