Səbail rayonu ərazisində yerləşən "Gümüş plaza" yaxınlığında velosipeddən yıxılma hadisəsi olub.
"Report" xəbər verir ki, 1980-ci il təvəllüdlü Yusipov Rüfət Sabir oğlu velosipeddən yıxılaraq ağır xəsarət alıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması və beyin əzilməsi diaqnozu qoyulub.