Səbaildə 14 mənzildən oğurluq edən şəxs saxlanılıb

Səbaildə 14 mənzildən oğurluq edən şəxs saxlanılıb Həmin şəxsin digər cinayətlər törətməsi də istisna olunmur
Hadisə
25 Dekabr , 2018 16:20
Səbaildə 14 mənzildən oğurluq edən şəxs saxlanılıb
0 : 00
0 : 00

Bakı. 25 dekabr. REPORT.AZ/ Səbail rayonu Bayıl qəsəbəsində yerləşən evlərdən birinin pəncərəsi sındırılaraq mənzildən dəyəri 9000 manat olan qızıl-zinət əşyaları naməlum şəxs tərəfindən oğurlanıb. Bu barədə Səbail rayon Polis idarəsi (RPİ) 8-ci polis bölməsinə məlumat daxil olan kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, Qaradağ rayon sakini Fuad Fərəcov saxlanılıb. F.Fərəcovun ətrafında bölmə əməkdaşlarının keçirdikləri əlavə tədbirlərlə onun Səbail rayonu ərazisində müxtəlif vaxtlarda 14 mənzildən oğurluq etdiyi məlum olub. Saxlanılan şəxs ifadəsində mənzillərdən əsasən pul və qızıl-zinət əşyaları oğurladığını bildirib.

F.Fərəcov barəsində 8-cici polis bölməsində toplanan materiallar araşdırılması üçün Səbail RPİ-nin İstintaq şöbəsinə göndərilib. Həmin şəxsin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Səbail rayon Polis idarəsinə və ya 8-ci polis bölməsinə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi