Səbail Rayon İcra Hakimiyyəti məhkəmədə rayon bələdiyyəsinə qalib gəlib

Səbail Rayon İcra Hakimiyyəti məhkəmədə rayon bələdiyyəsinə qalib gəlib Şikayət üzrə icraata xitam verilib
Hadisə
27 Oktyabr , 2015 12:01
Səbail Rayon İcra Hakimiyyəti məhkəmədə rayon bələdiyyəsinə qalib gəlib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Səbail Rayon İcra Hakimiyyətinin (RİH) Səbail rayon Bələdiyyəsinə qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində RİH-in ərizəsi təmin edilib.

Şikayət geri götürüldüyündən, məhkəmə şikayət üzrə icraata xitam verib.

Qeyd edək ki, bu il Səbail RİH Səbail rayon Bələdiyyəsini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edən RİH bələdiyyənin sərəncamının ləğv edilməsi barədə tələb irəli sürüb. Məhkəmə icra hakimiyyətinin iddiasını rədd edib. Qərarla razılaşmayan icra hakimiyyəti apellyasiya şikayəti verib.

İddiada üçüncü şəxs qismində isə Əliyev Nazim Əli oğlu göstərilib.

Son xəbərlər

Orphus sistemi