​“Say” qəzetinin “Respublika” qəzetinə qarşı şikayəti üzrə qərar elan olunub

​“Say” qəzetinin “Respublika” qəzetinə qarşı şikayəti üzrə qərar elan olunub Qətnamə dəyişdirilmədən qüvvədə saxlanılıb
Hadisə
29 Yanvar , 2016 10:49
​“Say” qəzetinin “Respublika” qəzetinə qarşı şikayəti üzrə qərar elan olunub

Bakı. 29 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Say” qəzetinin “Respublika” qəzetinə və “Dan Ulduzu” MTK-ya qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Cahangir Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsində “Respublika” qəzeti redaksiyası və “Dan Ulduzu” MTK-nın xeyrinə çıxarılan qətnamə dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2015-ci ildə “Say” qəzeti redaksiyası “Respublika” qəzeti redaksiyasını və “Dan Ulduzu” MTK-nı məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Say” qəzeti müqavilələrin etibarsız hesab edilməsi və s. barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin etməyib. Qərardan narazı qalan “Say” qəzeti redaksiyası apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi