Saxta sənədlərlə Azərbaycana gələn əcnəbi vətəndaşlar Bakı aeroportunda saxlanılıb

Saxta sənədlərlə Azərbaycana gələn əcnəbi vətəndaşlar Bakı aeroportunda saxlanılıb Araşdırma aparıldıqdan sonra saxlanılan şəxslər geri qayta­rılıb
Hadisə
8 Fevral , 2016 10:32
Saxta sənədlərlə Azərbaycana gələn əcnəbi vətəndaşlar Bakı aeroportunda saxlanılıb

Bakı. 8 fevral. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları saxtalaşdırılmış sənəd­lərlə Azərbaycan sərhədini keçməyə cəhd edən şəxsləri saxlayıb. DSX-nin mətbuat mərkəzindən "Report"a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda 012 nömrəli “Dubay-Bakı” avia­rey­si ilə Azərbaycana gələn Pakistan vətəndaşları Avan Şokas Hüseyn və İrfan Məhəmmədin pasportlarında saxta Türkiyə Respublikası vizası və üzər­inə yapışdırılmamış saxta Avstraliya vizası aşkar olunub. DSX əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həmçinin  334 nömrəli “İstanbul-Bakı” aviareysi ilə Azərbaycan gələn Nigeriya vətəndaşı Metobor Oke pasportunda Azərbaycan Res­pub­likasına məxsus saxta elektron viza olduğu üçün saxlanılıb. Araşdırma aparıldıqdan sonra saxlanılan şəxslər geri qayta­rılıb.

Son xəbərlər

Orphus sistemi