Saxta sənədlərlə avtomobillərin Azərbaycandan Gürcüstana keçirilməsinin qarşısı alınıb

Saxta sənədlərlə avtomobillərin Azərbaycandan Gürcüstana keçirilməsinin qarşısı alınıb Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir
Hadisə
15 Noyabr , 2016 10:21
Saxta sənədlərlə avtomobillərin Azərbaycandan Gürcüstana keçirilməsinin qarşısı alınıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları növbəti dəfə saxta sənədlərdən istifadə etməklə avtomobillərin müqabil dövlətin (Gürcüstan) ərazisinə keçirilməsinin qarşısını alıb.

Bu barədə “Report”a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Belə ki, “Şıxlı” Sərhəd Nəzarət Məntəqəsində Balakişiyev Anar Məmməd oğlu idarə etdiyi “Kia-Sportage” markalı, 99-FU-359 dövlət nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi və nəqliyyat vasitəsinin müvafiq sənədlərini saxtalaşdıraraq Gürcüstana keçirmək istəyərkən saxlanılıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi