Yuxarı
    Bağlamaq

    ​Saxta pul satan şəxs məhkəməyə müraciət edib

    Hazırlıq iclası avqustun 8-nə təyin olunub

    Bakı. 6 avqust. REPORT.AZ/ Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmaqda təqsirləndirilən Kamran Ələkbərovun barəsində olan hökmdən apellyasiya şikayəti verib.

    "Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası avqustun 8-nə təyin edilib.

    İşə hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq.

    Qeyd edək ki, ittihama aktına əsasən, 2012-ci ildə dəstə üzvləri - Cəlilabad rayon sakini Səxavət İsmayılov, Bakı şəhər sakinləri Kamran Ələkbərov, Mirzəbala Ağayev, Bəhruz Bayramov və Yusif Məhəmmədov metronun "Koroğlu" stansiyasının yaxınlığında 600 ədəd 100 manatlıq saxta əsginası 20 min dollara satmaq istəyərkən saxlanılıblar.

    Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin (CM) 204.3.2-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar.

    2012-ci ilin noyabr ayının 28-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.İsmayılov 9 il, K.Ələkbərov, M.Ağayev, B.Bayramov və Y.Məhəmmədovun hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib, birinci instansiy məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.

    Dah sonra K.Ələkbərovun barəsində CM-nin 204.3.2-ci maddəsi ilə CM-nin 204.2-ci (eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama , əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə) maddəsinə tövsif olunub. Bununla bağlı o, Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə şikayəti təmin etməyib. Həmin qərardan narazı qalan K.Ələkbərov apellyasiya şikayəti verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi