Saxta müqavilə ilə mənzil satan şirkət direktoru Ali Məhkəməyə müraciət edib

Saxta müqavilə ilə mənzil satan şirkət direktoru Ali Məhkəməyə müraciət edib Bu yolla 29 nəfər zərərçəkənə 305 min manat məbləğində ziyan vurulub
Hadisə
279
8 Noyabr , 2016 07:24
Saxta müqavilə ilə mənzil satan şirkət direktoru Ali Məhkəməyə müraciət edib

Bakı. 8 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluq və vəzifə saxtakarlığında təqsirləndirilən “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib.

Vəkil cinayət işinin məhkəmə istintaqı ilə aparılmasını istəyib. Vəsatət təmin edilməyib. Həmin qərardan narazı qalan müdafiəçi kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Buna görə də məhkəmə prosesi qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

İttiham aktına əsasən, vətəndaşlar 2007-2008-ci illərdən etibarən “VEDI-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar.

Araşdırmalar zamanı MMC-nin direktoru Q.Rəhimov çoxmərtəbəli yaşayış binasındakı mənzilləri aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıb. Bu yolla 29 nəfər zərərçəkənə 305 min manat məbləğində ziyan vurulub.

O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. İstintaq dövründə Q.Rəhimov barəsində heç yerə getməməklə bağlı iltizam alınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q.Rəhimov 6 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi