Saxta dövlət qeydiyyat nömrə nişanı ilə idarə olunan avtomobil saxlanılıb
Saxta dövlət qeydiyyat nömrə nişanı ilə idarə olunan avtomobil saxlanılıbAvtomobildə bir ədəd tranzit və başqa avtomobilə aid dövlət qeydiyyat nişanları da aşkar edilib
Bakı. 15 iyul. REPORT.AZ/ Saxta dövlət qeydiyyat nömrə nişanı ilə idarə olunan avtomobil saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a veriliən məlumata görə, nazirliyin Növbətçi Hissələri İdarə Xidmətinin Təhlükəsiz Şəhər Xidməti, DİN Çevik Polis Alayı və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşlarının apardıqları birgə tədbirlər nəticəsində iyulun 13-ü saat 22 radələrində vətəndaş R.Feyzullayevə məxsus "Toyota" markalı avtomobildən oğurlanmış dövlət qeydiyyat nömrə nişanları "KİA Cerato" markalı avtomobilin üzərində Yasamal rayonunda aşkar edilib.
Qeyd edilən avtomobilin Bakı şəhər sakini Ədalət Əsgərova məxsus olması müəyyən edilib. Avtomobilin yük yerinə baxış zamanı bir ədəd tranzit və başqa avtomobilə aid dövlət qeydiyyat nişanları da aşkar edilib.