Bakı. 9 yanvar. REPORT.AZ/ Bakıda saxta arayış düzəldərək bankdan pul vəsaiti alınması faktı aşkarlanıb. “Report” DİN-in saytına istinadən xəbər verir ki, Bakı şəhər sakini Elnarə Balayevanın “Atel” MMC-nin adından saxta arayış düzəldərək paytaxt sakini Gültən Abışovanın adına “VTB” bankdan 5000 manat alması müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.