Satış üçün nəzərdə tutulan 165 kq at əti aşkarlanıb

Satış üçün nəzərdə tutulan 165 kq at əti aşkarlanıb Aşkar edilmiş ət mənşəyi məlum olmayan məhsul kimi zərərsizləşdirilib
Hadisə
16 Aprel , 2015 17:15
Satış üçün nəzərdə tutulan 165 kq at əti aşkarlanıb

Bakı. 16 aprel. REPORT.AZ/ Kürdəmir Rayon Baytarlıq İdarəsi rayonun Xınıslı kənd sakini Anar Ağarəsul oğlu Bağırova məxsus həyətdə antisanitariya vəziyyətdə kəsimi aparılan, baytarlıq-sanitariya ekspertiza laboratoriyasından keçməyən 165 kq miqdarında at əti aşkarlayıb.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən "Report"a daxil olan məlumata görə, aparılan araşdırma zamanı atın yeni kəsildiyi və satış üçün hazırlandığı məlum olub.

İlkin olaraq ətdən laboratoriya müayinəsi üçün nümunələr götürülüb (heyvanın başı və ayaqları olsa da) və baytarlıq-sanitariya qaydalarına uyğun Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Aşkar edilmiş ət mənşəyi məlum olmayan məhsul kimi zərərsizləşdirilib. 

Son xəbərlər

Orphus sistemi