"Veysəloğlu"nun satış meneceri həbs edilib

"Veysəloğlu"nun satış meneceri həbs edilib O, 7 il müddətinə azadlıqdan məhrum olunub
Hadisə
15 Yanvar , 2016 11:23
Veysəloğlunun satış meneceri həbs edilib

Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Nahid Axundovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Axundov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, N.Axundov "Veysəloğlu" MMC-də satış meneceri olub. O, 12 min manat pul mənimsəmədə təqsirli bilinib. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi