Sarayda kişini öldürüb, arvadını ağır yaralayan şəxsə hökm oxunub

Sarayda kişini öldürüb, arvadını ağır yaralayan şəxsə hökm oxunub Bakı. 4 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluğa girdiyi mənzilin sahibini öldürüb, arvadını isə yaralamaqda təqsirləndirilən Maqsud Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
4 İyul , 2018 16:12
Sarayda kişini öldürüb, arvadını ağır yaralayan şəxsə hökm oxunub
0 : 00
0 : 00

Bakı. 4 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluğa girdiyi mənzilin sahibini öldürüb, arvadını isə yaralamaqda təqsirləndirilən Maqsud Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Dövlət ittihamçısı çıxışında M.Əliyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

O, məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda Abşeron rayonunun Saray qəsəbəsi, “Üzümlük” adlanan ərazidə qeydə alınıb. Belə ki, həmin ərazidə Məmməd Sərxanova məxsus evə girən naməlum şəxs ev sahibinin başına taxta ilə vuraraq öldürüb. Naməlum şəxs daha sonra ev sahibinin həyat yoldaşı Zeynəb Sərxanovanı hədələyərək pul tələb edib. Məqsədinə çata bilmədikdə isə qadına da xəsarət yetirərək hadisə yerindən qaçıb. Z.Sərxanova xəstəxanaya yerləşdirilib.

Abşeron Rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin rayon sakini, 1974-cü il təvəllüdlü Maqsud Şiri oğlu Əliyev tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq araşdırması zamanı məlum olub ki, M.Əliyev avqustun 21-də Xırdalan şəhərində yaşayan Sevda Hüseynovanın mənzilinə basqın edib. O, bıçaqla hədələməklə ondan pul və qızıl-zinət əşyaları tələb edib.

Son xəbərlər

Orphus sistemi