Saray qəsəbəsində yanğın baş verib

Saray qəsəbəsində yanğın baş verib Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
24 Mart , 2015 03:45
Saray qəsəbəsində yanğın baş verib

Bakı. 24 mart. REPORT.AZ/ Abşeron rayonunun Saray qəsəbəsində yanğın baş verib.

"Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, vətandaşa məxsus ümumi sahəsi 340 kv.m olan ikimərtəbəli evin 1-ci mərtəbəsində yerləşən 1 otağın yanar konstruksiyalarının bir qismi, 2-ci mərtəbədə 1 otağın döşəməsi və dam örtüyü yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi