Saray qəsəbəsində qonşusunu öldürən şəxsə hökm oxunub

Saray qəsəbəsində qonşusunu öldürən şəxsə hökm oxunub Qüdrət Kərimov 14 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
25 Oktyabr , 2016 15:33
Saray qəsəbəsində qonşusunu öldürən şəxsə hökm oxunub

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Qüdrət Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Q.Kərimov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il fevralın 2-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Kamran Babayev evinin qarşısında boyun və kürək nahiyəsindən aldığı güllə yaraları ilə xəstəxanaya gətirilib. Abşeron rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə xəsarətin ona qonşusu, həmyerlisi Qüdrət Kərimov tərəfindən "Makarov" markalı tapançadan iki dəfə açılmış atəşlə qətlə yetirilməsi müəyyən edilib. Xəstəxanaya yerləşdirilmiş K.Babayev sonradan dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi