Saray postunda avtomobil aşıb, sürücü xəsarət alıb

Saray postunda avtomobil aşıb, sürücü xəsarət alıb Hadisə sürücü Bakıdan Sumqayıta gedən zaman baş verib
Hadisə
31 May , 2018 08:12
Saray postunda avtomobil aşıb, sürücü xəsarət alıb

Sumqayıt. 31 may. REPORT.AZ/ Sumqayıt şəhərində minik avtomobili aşıb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 1984-cü il təvəllüdlü yerli sakin Quliyev Səbuhi Ənvər oğlu şəxsi maşını ilə Bakıdan Sumqayıta gedərkən Saray postu deyilən ərazidə onu aşırdıb.

Nəticədə sürücü ağır xəsarətlər alaraq Sumqayıt şəhər TTYX-a çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti qənaətbəxşdir və o, ambulator müayinəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi