Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb Bakı. 13 aprel. REPORT.AZ/ Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Hadisə
13 Aprel , 2018 17:19
Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

Bakı. 13 aprel. REPORT.AZ/ Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Möhtərəm İlham Heydər oğlu.

2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbənizlə əlaqədar ən səmimi təbriklərimi qəbul edin. Seçkilərin nəticəsi Sizin daxili və xarici siyasətinizə Azərbaycan xalqının böyük hörmətini, etimadını və onu hərtərəfli dəstəklədiyini sübut edir. Azərbaycan Sizin müdrik rəhbərliyinizlə cəmiyyət həyatının bütün sahələrinin modernləşdirilməsi yolunda durmadan və dinamik şəkildə irəliləyir, dünya arenasında fəal mövqe tutur.

İcazə verin, fürsətdən istifadə edib Sizə Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinə marağınıza və diqqətinizə görə səmimi minnətdarlığımı bildirim. Əminəm ki, Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanın qarşılıqlı maraq doğuran istiqamətlərdə dialoq üzrə tərəfdaşlar kimi əlaqələri Avrasiya məkanında sülh, sabitlik və birgə inkişaf naminə səmərəli əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək.

Azərbaycan Respublikasının Prezidenti kimi ali dövləti vəzifənizdə quruculuq niyyətlərinizin reallaşmasında Sizə böyük uğurlar, möhkəm cansağlığı və xoşbəxtlik arzulamaqdan, Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq diləməkdən çox məmnunam".

Son xəbərlər

Orphus sistemi