​Şantajla məşğul olmaqda təqsirləndirilən jurnlalistlərin məhkəməsi başlayıb

​Şantajla məşğul olmaqda təqsirləndirilən jurnlalistlərin məhkəməsi başlayıb Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib
Hadisə
2 Noyabr , 2015 15:04
​Şantajla məşğul olmaqda təqsirləndirilən jurnlalistlərin məhkəməsi başlayıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şantajla məşğul olmaqda təqsirləndirilən jurnalistlər Şahin Orucov və Cəlil Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Report”un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, Ş.Orucov və C.Səmədov Sumqayıt şəhəri ərazisində yerləşən “Metallurq” adlı kafedə əxlaqsızlıq yuvası təşkil olunduğunu öyrəniblər. Onlar həmin kafeyə gedərək videogörüntülər çəkiblər. Özlərini jurnalist kimi təqdim edərək çəkilişləri yaymamaq qarşılığında 5 min manat pul tələb ediblər. Ş.Orucov “Kriminal və bəşəriyyət” qəzetinin təsisçisi, C.Səmədov isə “Korrupsiya və qanun” qəzetinin baş redaktorunun müavini olduğunu bildirib.

Hazırda hər iki şəxs Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham olunurlar.

Ş.Orucov əvvəllər xuliqanlıq maddəsi ilə məhbusluq həyatı yaşayıb.

Təqsirləndirilən şəxslərin hər ikisi hazırda şərti azadlıqdadır.

Son xəbərlər

Orphus sistemi