Şantajda təqsirli bilinən müğənninin apelyasiya şikayətinə baxılır

Şantajda təqsirli bilinən müğənninin apelyasiya şikayətinə baxılır Bakı Apelyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmə və dələduzluqda təqsirli bilinən Məmmədov Səfa Şəfa oğlunun barəsindəki hökmdən verilmiş apelyasiya şikayətləri üzrə ilkin baxış iclası keçirilib.
Hadisə
23 Oktyabr , 2019 12:03
Şantajda təqsirli bilinən müğənninin apelyasiya şikayətinə baxılır

Bakı Apelyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmə və dələduzluqda təqsirli bilinən Məmmədov Səfa Şəfa oğlunun barəsindəki hökmdən verilmiş apelyasiya şikayətləri üzrə ilkin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası noyabrın 5-ə təyin edilib.

Qeyd edək ki, S.Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Səfa Məmmədov G.Qasımovanı videogörüntülərlə şantaj edərək hədə-qorxu ilə pul tələb edib.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) və 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

Səfa Məmmədov müğənni kimi fəaliyyət göstərib. O, daha əvvəl də eyni əmələ görə cinayət məsuliyyətinə cəlb edilib.

Son xəbərlər

Orphus sistemi