​Sankt-Peterburqda həmvətənlərini qarət etməkdə şübhəli bilinən azərbaycanlılar saxlanılıb

​Sankt-Peterburqda həmvətənlərini qarət etməkdə şübhəli bilinən azərbaycanlılar saxlanılıb Azərbaycan vətəndaşlarından 2 milyon rubl oğurlanıb
Hadisə
16 İyul , 2015 19:00
​Sankt-Peterburqda həmvətənlərini qarət etməkdə şübhəli bilinən azərbaycanlılar saxlanılıb

Bakı. 16 iyul. REPORT.AZ/ Sankt-Peterburq şəhərində həmvətənlərinə hücum edərək onlardan 2 milyon rubl (təxminən 35.300 ABŞ dolları) oğurlamaqda şübhəli bilinən iki azərbaycanlı saxlanılıb. 

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiyanın bölgə üzrə İstintaq Komitəsinin yaydığı məlumatda deyilir.

Məlumata görə, hadisə Sofia küçəsində yerləşən meyvə-tərəvəz bazasının anbarında baş verib. 

"Keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Məmmədov adlı şəxs həbs edilib. O, 2008-ci ilin təxminən oktyabr-noyabr ayında Novruz Məmmədov, Elvin Əhmədov və şəxsiyyəti məlum olmayan digərləri ilə birlikdə Sofia küçəsində yerləşən meyvə-tərəvəz bazasının anbarında öz həmyerlilərinə qarşı quldurluq hərəkətləri etməklə zərərçəkmişlərin 2 milyon rubl pulunu oğurlamaqda şübhəli bilinərək saxlanılıb", - məlumatda bildirilir. 

Son xəbərlər

Orphus sistemi