Sankt-Peterburqda zərgərlik mağazasını yarmaqda şübhəli bilinən azərbaycanlılar saxlanılıblar

Sankt-Peterburqda zərgərlik mağazasını yarmaqda şübhəli bilinən azərbaycanlılar saxlanılıblar Cinayətkar qruplaşmanın dörd üzvündən ikisi azərbaycanlıdır
Hadisə
20 Oktyabr , 2017 12:57
Sankt-Peterburqda zərgərlik mağazasını yarmaqda şübhəli bilinən azərbaycanlılar saxlanılıblar
Fotolia / FrameAngel

Bakı. 20 oktyabr. REPORT.AZ/ Sankt-Peterburq hüquq-mühafizə orqanları əməkdaşları zərgərlik mağazasını yarmaqda şübhəli bilinən iki Azərbaycan vətəndaşını saxlayıb.

"Report" "İqtisadiyyat bu gün" nəşrinə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, Sankt-Peterburqda qanunsuz olaraq yaşayan Azərbaycan vətəndaşları soyğunçuluqda şübhəli bilinən qruplaşma üzvləridirlər.

Cinayətkar qruplaşmanın 4 üzvü dünən gündüz vaxtı saxlanılıb, onlardan 2-si azərbaycanlıdır.

Onlar satıcılarına tapança ilə hədə-qorxu gəlib, 2 palet qızıl-zinət əşyalarını oğurladıqları "585 Gold" zərgərlik mağazasına hücum etməkdə şübhəli bilinirlər. Eyni zamanda, qruplaşma üzvlərini çöldə gözləyən avtomobilin sürücüsü də saxlanılıb.

Son xəbərlər

Orphus sistemi