Yuxarı
    Bağlamaq

    Sankt-Peterburqda kütləvi davada iki azərbaycanlı xəsarət alıb

    İki azərbaycanlı kəllə-beyin travması, döş qəfəsi və üz xəsarətləri ilə xəstəxanaya çatdırılıb

    Bakı. 16 noyabr. REPORT.AZ/ Sankt-Peterburqun cənub-qərbində baş vermiş kütləvi dava nəticəsində iki azərbaycanlı xəsarət alıb.

    "Report" "Fontanka.ru" saytına istinadən xəbər verir ki, noyabrın 15-i gecə saatlarında Sankt-Peterburq polisinə olay şahidindən zəng gəlib. Hadisə yerinə gələn polis avtomobilində gedən iki azərbaycanlını döyən 3 peterburqlunu saxlayıb.

    Məlumatda davanın avtomobildə olanlarla piyadaların münaqişəsinin yaranmasından sonra düşdüyü bildirilir. Xəsarət alan iki həmyerlimiz kəllə-beyin travması, döş qəfəsi və üz xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi