Yuxarı

Sankt-Peterburqda külli miqdarda valyuta qaçaqmalçılığına görə Azərbaycan vətəndaşları saxlanılıb

Onlar Rusiyaya 890,9 min Venesuela bolivarı və ya 141,6 min ABŞ dollarını keçirmək istəyirmiş

Bakı. 14 yanvar. REPORT.AZ/ Sankt-Peterburqun "Pulkovo" hava limanında valyuta qaçaqmalçılığına görə Azərbaycan vətəndaşları saxlanılıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Sankt-Peterburq polisi İstanbuldan gələn iki Azərbaycan vətəndaşını gömrük nəzarətində saxlayıb. Onlara məxsus çantalardan 890,9 min Venesuela bolivarı və ya 141,6 min ABŞ dolları aşkarlanıb.

Fakt üzrə külli miqdarda pul vəsaitinin qaçaqmalçılığı maddəsi üzrə cinayət işi açılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi